Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Real” Kukurelyanı gətirir
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Madridin “Real” klubu “Çelsi”nin sol cinah müdafiəçisi Mark Kukurelya ilə razılığa gəlib.
QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, transferlə bağlı bütün tərəflər arasında şifahi razılıq əldə olunub. Futbolçunun “Real”a keçidini komandanın yeni baş məşqçisi Joze Mourinyo xüsusilə istəyib.
İspan futbolçunun “Çelsi” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Onun transfer dəyəri 50 milyon avro qiymətləndirilir. Kukurelyanın dünya çempionatından sonra "Real"a keçəcəyi bildirilib.