“Real” La Liqa hakimləri ilə bağlı FIFA ya şikayət edəcək

14.09.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Madridin “Real” klubu İspaniya futbolunda hakimliklə bağlı FİFA-ya rəsmi şikayət təqdim etməyi planlaşdırır.

İdman.biz xəbər verir ki, bu barədə klubun rəsmi informasiya kanalı məlumat yayıb.

Şikayətdə həm keçən mövsüm, həm də cari mövsümdə baş vermiş hadisələr ətraflı şəkildə əks olunacaq.

Bu məlumat 4-cü turun matçından sonra ortaya çıxıb. Həmin görüşdə “Real” “Real Sosyedad”ı 2:1 hesabı ilə məğlub edib, lakin müdafiəçi Din Hojsen 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıb. Bu, "Kral klubu"nun narazılığına səbəb olub.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью