“Real” La Liqa prezidenti haqqında bəyanət yaydı

23.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Real” (Madrid) La Liqanın prezidenti Xavyer Tebasın klub haqqında səsləndirdiyi fikirləri yolverilməz adlandıraraq rəsmi bəyanat yayıb və İspaniya çempionatının rəhbərliyində təcili dəyişikliklərin edilməsinə çağırıb.

Futbolpress.az xəbər verir ki, “Kral klubu”nun rəsmi saytında yayımlanan bəyanatda Tebasın davranışı kəskin tənqid olunub:

“Klubumuz La Liqa prezidentinin öz xidməti mövqeyindən istifadə edərək hər çıxışında “Real”ı nüfuzdan salmağa və ona hücum etməyə davam etməsini qəbuledilməz hesab edir. Bütün La Liqa klublarının maraqlarını təmsil etməyə və qorumağa cavabdeh olan bir şəxsin mütəmadi olaraq “Real”a köklənməsi və klubumuzu açıq hücumların hədəfinə çevirməsi ciddi narahatlıq doğurur. Onun son açıqlamaları xüsusilə ciddi, anlaşılmaz və məsuliyyətli bir rəhbərə yaraşmayan nitqdir. O, müstəqil bir jurnalistin rəqəmsal nəşrdə dərc olunan məqaləsinə əsaslanaraq klubumuzun idman strategiyasını qiymətləndirir. Bu, tamamilə yersiz və məsuliyyətsiz bir hərəkətdir”.

Xatırladaq ki, münaqişə İspaniya çempionatının 7-ci turunda “Real”ın səfərdə “Atletiko”ya (Madrid) 1:2 hesabı ilə uduzduğu matçdan sonra alovlanıb. Görüşdən sonra “Kral klubu”nun baş məşqçisi Joze Mourinyo baş hakim Ortis Aryasın “Atletiko”nun futbolçuları Li Kan İn və Kristian Romeronu meydandan qovmamasını kəskin tənqid etmişdi. Daha sonra “AS” qəzeti La Liqa Hakimlər Komitəsinin Li Kan İnin qırmızı vərəqə almalı olduğu qənaətinə gəldiyini yazmışdı.

Bazar ertəsi günü isə Xavyer Tebas “Real”ı və klubun rəsmi televiziya kanalı “Real Madrid TV”ni hakimlərə təzyiq göstərməkdə ittiham edərək tənqid etmişdi.

64 yaşlı Tebas 2013-cü ildən La Liqaya rəhbərlik edir. Funksioner daha əvvəl dəfələrlə “Real ” azarkeşi olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью