Real La Liqada tarixi uğurun astanasında İdman və Biz

29.12.2024

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Madrid "Real"ı İspaniya çempionatında 5000 xal həddini keçməyə yaxındır.

İdman.biz xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

"Kral klubu" bütün dövrlər ərzində La Liqada keçirdiyi oyunlarda ümumilikdə 4999 xal qazanıb. Bu göstəriciyə görə "Barselona" 4887 xalla ikinci, "Atletiko" isə 4018 xalla üçüncüdür.

Qeyd edək ki, bu mövsüm hesabında 40 xal olan "Real" növbəti oyununu 2025-ci il yanvarın 3-də keçirəcək. Komanda La Liqanın 12-ci turundan təxirə salınmış qarşılaşmada "Valensiya"nın qonağı olacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью