“Real” La Liqanın oyun təqvimindən narazı qaldı

13.10.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Real” La Liqanın oyun təqvimindən narazı qaldı

“Real” Çempionlar Liqası oyunundan cəmi üç gün sonra La Liqada matça çıxacaqları üçün etiraz edib.

QOL.az xəbər verir ki, La Liqa Madrid klubunun “Valensiya” ilə səfər matçını noyabrın 7-nə təyin edib. Halbuki “Real” bundan üç gün əvvəl, yəni noyabrın 4-də Yunanıstanda AEK-lə Çempionlar Liqası oyununa çıxacaq.

“AS” nəşrinin məlumatına görə, klub bu qərarı təəccüblə qarşılayıb. Həmçinin növbəti həftə avrokubok və İspaniya Kuboku oyunları olmadığı üçün “Valensiya” ilə qarşılaşmanın bazar gününə keçirilməsini daha məqsədəuyğun hesab edib.

Bundan başqa, çərşənbə günü Çempionlar Liqasında oynayacaq digər İspaniya klublarının La Liqa matçları bazar gününə təyin edilib. Bu isə “Real”ın narazılığını daha da artırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью