Real La Liqanın XI turunda səfərdə Rasinq i darmadağın edib

01.11.2026

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Real Madrid" klubu İspaniya çempionatının XI turunda səfərdə Santanderin "Rasinq" komandasını darmadağın edib.

AZXEBER.COM xəbər verir ki, "El-Sardinero" stadionunda keçirilən qarşılaşma Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Real"ın hücumçusu Kilian Mbappe 11-ci dəqiqədə penaltidən hesabı açıb. Cəmi 10 dəqiqə sonra Arda Gülərin ötürməsindən sonra Cud Bellinqem komandasının üstünlüyünü iki topa çatdırıb. Matçda son nöqtəni isə 36-cı dəqiqədə Yan Diomande qoyub.

Bu qələbədən sonra "Real" 27 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Madrid klubu lider "Barselona"dan 3 xal geri qalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью