Real Liverpul un müdafiəçisini transfer etdi RƏSMİ

30.05.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi "Liverpul"la 1 aylıq müqaviləsi qalan Trent Aleksandr-Arnoldu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Real" İngiltərə millisinin üzvü ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Trent Aleksandr-Arnold "Liverpul"un yetirməsidir.26 yaşlı sağ cinah müdafiəçisi Mersisayd təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 354 rəsmi matçda 23 qol və 92 məhsuldar ötürmə  ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью