“Real” “Liverpul”un futbolçusuna “göz dikdi”

28.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Liverpul”un futbolçusu Aleksis Mak Allister karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Real” argentinalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Madrid təmsilçisi qış transfer dönəmində futbolçu və klubu ilə danışıqlara başlayacaq.

Aleksis “Liverpul” formasıyla 162 oyunda 23 qol vurub, 21 məhsuldar ötürmə edib. Onun Mersisayd klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью