Real Madrid 80 milyon avroluq müdafiəçini havayı istəyir

01.03.2025

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Antonio Rüdiger və David Alaba kimi müdafiəçilərlə müqavilələrinin müddəti 2026-cı ilin yayında başa çatacaq "Real Madrid" bir neçə oyunçu ilə maraqlanır.

Fanat.Az "Relevo"ya istinadən xəbər verir ki, "Kral klubu"nun rəhbərliyi uzun müddət komandaya xidmət edə biləcək gənc müdafiəçilərin həyətə qatılmasını istəyir.

Mənbə İspaniya nəhənginin "Arsenal"ın 23 yaşlı oyunçusu Vilyam Saliba ilə bağlı məlumat topladığını, onu 2027-ci ilin yayında azad agent qismində rənglərinə bağlamağı hədəflədiyini vurğulayıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 36 matça çıxan Saliba 2 qol vurub. "Transfermarkt" portalı onun transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью