“Real Madrid” Alonsoya görə 8 milyon təzminat ödəyə bilər

24.04.2025

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Real Madrid” “Bayer Leverkuzen”ə ispan mütəxəssis Xabi Alonsonun mümkün təyinatına görə ödəməli olduğu təzminatın məbləğini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İspaniyanın “El Partidazo de COPE” nəşri məlumat yayıb.
Məlumata görə, söhbət 8 milyon avroluq bir məbləğdən gedir. Bu, “Real”ın “Bayer”ə ödəməli olduğu təzminatın son məbləğidir.
Qeyd edək ki, bundan əvvəl italiyalı mütəxəssis Karlo Ançelottinin 2024/2025-ci il mövsümünün sonunda Madrid təmsilçisinin baş məşqçi postunu tərk edə biləcəyi bildirilib.
Xabi Alonsonun “Bayer”lə hazırkı müqaviləsi isə 2025/2026 mövsümünün sonuna qədərdir.
Xatırladaq ki, Alonso da gələcəkdə kral klubuna başçılıq edəcəyini istisna etməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью