Real Madrid Ançelottini istefaya göndərə bilər

08.04.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniya çempionu və Çempionlar Liqasının qalibi "Real Madrid" Çempionlar Liqasının 1/4 finalında İngiltərə ikincisi olan "Arsenal"ın maneəsini dəf edə bilməsə, yayda komandanın italiyalı baş məşqçisi Karlo Ançelotti ilə müqaviləni ləğv edəcək.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Kral Klubu Ançelottinin qovulacağı təqdirdə Almaniya çempionu "Bayer Leverkuzen" klubunun ispan baş məşqçisi Xabi Alonsonu dəvət edəcək.

Ançelotti böyük ehtimalla Dorival Juniorun qovulmasından sonra baş məşqçi postu boş qalan Braziliya millisinə rəhbərlik edəcək.

Qeyd edək ki, Ançelottinin Madrid "Real"ı ilə müqaviləsi 2026-cı ilə qədərdir. 

Ağarza Elçinoğlu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью