Real Madrid antirekorda imza atdı

28.11.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyanın "Real Madrid" futbol klubu UEFA Çempionlar Liqasının hazırkı qalibi kimi titulu qazandıqdan sonra liqa mərhələsində üç oyunu uduzan ilk komanda olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə idman statistikası üzrə ixtisaslaşmış "Opta" şirkəti özünün sosial şəbəkə hesabında bildirib.

Çempionlar Liqasının ümumi mərhələsinin V turunda "Kral klubu" "Liverpul"a 0:2 hesabı ilə məğlub olub. Daha öncə Madrid təmsilçisi İtaliyanın "Milan"ına və Fransanın "Lill"inə uduzub.

İspan klubu hazırda UEFA Çempionlar Liqasının turnir cədvəlində 6 xalla 24-cü yerdədir. Turnirin liqa mərhələsinin qalan üç oyununda komanda "Atalanta", "Red Bull Zalsburq" və "Brest"lə qarşılaşacaq.

Qeyd edək ki, liqa mərhələsinin turnir cədvəlinə niderlandlı mütəxəssis Arne Slotun "Liverpul"u başçılıq edir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью