“Real Madrid” Arda Güləri komandada saxlamaq istəyir

05.05.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 5 may, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandası futbolçusu Arda Güləri heyətində saxlamaq istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb. Onun sözlərinə görə, Avropanın bir neçə aparıcı klubu 20 yaşlı yarımmüdafiəçiyə maraq göstərsə də, Madrid təmsilçisinin rəhbərliyi oyunçunu buraxmaq niyyətində deyil.

Türkiyə millisinin üzvü isə “Real Madrid”də az oynamaq şansı əldə etdiyi üçün narazıdır.

Qeyd edək ki, Arda Gülər bu mövsüm "kral klubu”nun heyətində bütün turnirlərdə 38 oyun keçirib, 5 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью