Real Madrid argentinalı ulduzu istəyir

03.10.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Real Madrid” “Liverpul”un argentinalı yarımmüdafiəçisi Aleksis Mak Allisteri heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Guardian" yayıb.

Mənbənin məlumatına görə, Madrid təmsilçisi 27 yaşlı futbolçunun vəziyyətini yaxından izləyir və onu 2027-ci ilin yay transfer pəncərəsində əsas hədəflərindən biri kimi nəzərdən keçirir.

Mak Allisterin "Liverpul"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Bununla belə, tərəflər arasında yeni müqavilə ilə bağlı vəziyyət qeyri-müəyyəndir. Argentinalı futbolçu daha əvvəl klubun ona yeni sözləşmə təklif etməməsindən məyus olduğunu açıqlamışdı.

"Real Madrid"in yarımmüdafiə xəttini gücləndirmək istədiyi və Mak Allisterin bu mövqedə nəzərdə tutulan futbolçulardan biri olduğu qeyd edilir.

Argentinalı futbolçu isə gələcəyi ilə bağlı yekun qərar vermədiyini bildirib: "Hələ iki il müqaviləm var. Bu müddətdə çox şey baş verə bilər. Hazırda olduğum yerdə olmaqdan zövq alıram və daha uzun müddət burada qalmağa ümid edirəm".

Əlisahib İbrahimli

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью