Real Madrid Asensio ilə bağlı qərarını verdi

11.02.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

"Real Madrid"in gənc müdafiəçisi Raul Asensionun klubdakı gələcəyi ilə bağlı qərarı bəlli olub.

Fanat.Az xəbər verir ki, İspaniya nəhəngi istedadlı oyunçu ilə yeni uzunmüddətli müqavilə imzalayacaq.

Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. Mənbənin məlumatınagörə, "Kral klubu" 21 yaşlı futbolçnun nümayəndəsi ilə yeni anlaşma barədə danışıqlarda irəliləyiş əldə edib. Yaxın vaxtlarda məsələ öz həllini tapacaq. 

İspaniyalı mərkəz müdafiəçisi bu mövsüm yetirməsi olduğu "Real Madrid"in əsas komandasının heyətində bütün turnirlərdə 20 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. 

"Transfermarkt" onun dəyərini 7,5 milyon avro qiymətləndirir.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью