Real Madrid Asensio ilə müqavilə bağlayacaq

03.12.2024

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Real Madrid" klubu müdafiəçisi Raul Asensionun oyunundan məmnundur. 

Bakıvaxtı.az xəbər verir ki, "Kral klubu"nun rəhbərliyi yetirməsinə maaşını artırmaqla yeni müqavilə təklif etməyi planlaşdırır. 

Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. 
21 yaşlı ispan futbolçu bu mövsüm İspaniya çempionatında "Real Madrid"in heyətində üç oyuna çıxıb və bir məhsuldar ötürmə edib. 

Asensionun klubla hazırkı müqaviləsinin müddəti gələn mövsümün sonunda başa çatacaq. "Transfermarkt" onun transfer dəyərini cəmi 300 min avro qiymətləndirir. 

Ançelottinin komandası noyabrın 4-də səfərdə "Atletik Bilbao" ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью