Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyanın “Real Madrid” klubu 2026-cı ildə Avropa futbolunda unikal göstərici ilə seçilir.
İdman.Biz xəbər verir ki, “Opta”nın statistik məlumatına əsasən, “Real Madrid” bu il indiyədək keçirdiyi bütün oyunların ilk hissələrində qapısına bir dənə də olsun dəqiq zərbə buraxmayan yeganə Avropa komandasıdır.
Bu göstərici madridlilərin müdafiə xəttində və komanda strukturunda yüksək intizam nümayiş etdirdiyini göstərir. Qolkiper və müdafiəçilərlə yanaşı, yarımmüdafiə və hücum xəttinin pressinqdə fəal iştirakı da bu statistikanın formalaşmasında əsas rol oynayıb.