GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“La Liqa”nın X turunun final fitindən sonra “Real Madrid” və “Barselona”nın futbolçuları arasında dava düşüb.
Globalinfo.az-ın məlumatına görə, qarşılaşma Madriddə baş tutub.
“Kral klubu” 2-1 hesabı ilə qalib gəlib. Mübahisə əvəzedicilərin oturacaqlarının yaxınlığında baş verib.
“Real Madrid”in braziliyalı müdafiəçisi Eder Militao və klubun ehtiyat qapıçısı ukraynalı Andriy Lunin sarı vərəqə ilə cəzalandırılıb.