Real Madrid Barselona üzərində tarixi qələbə qazandı VİDEO

24.03.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

İspaniyanın F Liqasının 23-cü turu çərçivəsində qadınlar arasında “Barselona” – “Real Madrid” oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, oyun 3:1 hesabı ilə "kral klubu"nun xeyrinə başa çatıb.

"Opta"-nın məlumatına görə, bu qarşılaşma tarixə düşüb. Belə ki, buna qədər komandalar arasında 18 rəsmi oyunda hər dəfə kataloniyalılar qalib gəlib. Qolların ümumi fərqi belə idi – 67:10.
 

Məğlubiyyətə baxmayaraq, "Barselona" liderliyini davam etdirir. Kataloniyalılar 23 turdan sonra 63 xalla zirvədədir. "Real Madrid"in hazırda 59 xalı var və ikinci yerdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью