“Real Madrid” Brahim Diasla bağlı qərarını verib

05.08.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniyanın “Real Madrid” futbol komandası yarımmüdafiəçisi Brahim Diasla əməkdaşlığı davam etdirmək niyyətindədir.

İdman.Biz “Diario AS”a istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun klubda qalmasına təminat verilib. “Real Madrid” rəhbərliyi ona tam etimad göstərir və mümkün transfer təkliflərini nəzərdən keçirməyi planlaşdırmır.

Brahim Diasın müqaviləsinin 2030-cu ilin yayınadək uzadılması ilə bağlı razılıq əldə olunub. Yeni anlaşmanın yalnız rəsmi şəkildə elan edilməsi gözlənilir.

Mərakeş millisinin üzvü ilə İtaliyanın “Yuventus” komandası başda olmaqla bir neçə klub maraqlansa da, futbolçunun əsas məqsədi Madrid təmsilçisində qalmaqdır.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью