“Real Madrid” bu yay Vinisiusu sata bilər

20.06.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real Madrid” hücumçu Vinisius Juniorun gələcəyi ilə bağlı qərar verib. Klub rəhbərliyi oyunçunun müqaviləsini mümkün qədər tez həll etmək niyyətindədir.

İdman.Biz bu barədə ispaniyalı jurnalist Migel Serranoya istinadən bildirir.

“Real Madrid”in əsas prioriteti Vinisius Juniorun müqaviləsini uzatmaqdır. Lakin tərəflər razılığa gələ bilməsələr, klub onu bu yay satmağı düşünə bilər”, - Serrano sosial mediada canlı yayımda bildirib.

“Real Madrid” qətiyyətlidir və yeni mövsümdən əvvəl qeyri-müəyyənlikdən qaçmaq üçün braziliyalı hücumçunun gələcəyi ilə bağlı qərarı təxirə salmaq istəmir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью