“Real Madrid” daha bir türkü transfer edə bilər

14.11.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Türkiyə millisinin və “Yuventus”un oyunçusu Kənan Yıldız “Real Madrid”ə keçə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Bildirilib ki, Avropanın futbol nəhəngi gənc ulduz üçün transfer prosedurlarına başlayıb.
Qeyd edək ki, daha öncə “Yuventus” və Yıldız arasında müqavilənin uzadılması danışıqlarının hazırda “dalana dirəndiyi” barədə məlumat yayılıb. Klub futbolçunun tələblərini yerinə yetirməkdə çətinlik çəkir.
Xatırladaq ki, hazırda Türkiyə millisinin daha bir gənc üzvü Arda Güler “Real Madrid”in şərəfini qoruyur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью