Real Madrid də olsaydım, Mbappeyə oynamağı öyrədərdim Ronaldo

03.02.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Portuqaliyalı ulduz Kriştiano Ronaldo "Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappenin problemlərindən danışıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 39 yaşlı hücumçusu hesab edir ki, Mbappenin meydandakı mövqeyi onun Madrid klubunda potensialını reallaşdırmağa mane olur.

"Hücumçu olmaq Mbappenin işini bir az çətinləşdirir, çünki onun hücumçu kimi necə oynayacağını bildiyini düşünmürəm... Bu, sadəcə olaraq, onun mövqeyi deyil. "Real Madrid"də olsaydım, ona 9 nömrə kimi oynamağı öyrədərdim. Çünki mən hücumçu deyildim. Hücumçu kimi oynamağa öyrəşmişəm", - futbolçu bildirib. 

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью