Real Madrid də Rodriqo qalmaqalı

20.08.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Real Madrid”in gənc hücumçusu Rodriqo Qoes komandanın son oyunlarında əsas heyətdə yer almaqda çətinlik çəkir.

Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu "Osasuna" ilə keçirilən matçda forma şansı qazanmayıb.

Xabi Alonsonun rəhbərliyi altında keçirdikləri 8 qarşılaşmanın yalnız 1-də start heyətində meydana çıxan Rodriqo son dönəmdə ehtiyatda qalması ilə gündəmə gəlib.

Məlumata görə, cənubi amerikalı ilə “Mançester Siti” ciddi maraqlanır. İngiltərə klubunun hücum xəttini gücləndirmək üçün Rodriqoya təklif göndərəcəyi bildirilir.

İspaniya mətbuatı yazır ki, futbolçu artıq İngiltərədə ev axtarmağa başlayıb.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью