Real Madrid də şok ayrılıq

27.06.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real Madrid" heyətində təmizləmə və yenilənmə işlərini davam etdirir.

Fanat.Az xəbər verir ki, "kral klubu" ispaniyalı yarımmüdafiəçi Dani Sebalyos ilə qarşılıqlı razılıq əsasında yolların ayrıldığını rəsmi şəkildə elan edib.

2017-ci ildən bu yana "Real Madrid" formasını geyinən Sebalyos, klub tarixinin ən uğurlu və parlaq dövrlərindən birində heyətin əsas parçalarından olmağı bacarıb. Madrid təmsilçisində keçirdiyi yeddi mövsüm ərzində 27 yaşlı futbolçu ümumilikdə 215 rəsmi matçda meydana çıxıb.

Ulduz yarımmüdafiəçi "Real"dakı möhtəşəm karyerası ərzində 3 UEFA Çempionlar Liqası, 4 FIFA Klublararası Dünya Çempionatı, 3 UEFA Super Kuboku, 2 La Liqa, 1 İspaniya Kral Kuboku və 3 İspaniya Super Kuboku olmaqla, ümumilikdə tam 16 rəsmi kubok qazanaraq adını klubun tarixinə yazdırıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью