Real Madrid dən çətin qələbə ÇL də dramatik oyun

04.11.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda Yunanıstanda maraqlı qarşılaşma baş tutub. Səfərdə AEK-in qonağı olan İspaniyanın "Real Madrid" klubu dramatik mübarizə şəraitində rəqibini 3:2 hesabı ilə məğlub edib.

Redaktor.az xəbər verir ki, Afinadakı "ALLWYN Arena"da keçirilən görüşdə azarkeşlər beş qol, gərgin mübarizə və son dəqiqələrdə vurulan qələbə qolunun şahidi olublar.

Matça fəal başlayan meydan sahibləri artıq 12-ci dəqiqədə hesabı açıblar. Luka Yoviçin ötürməsindən sonra Aboubakary Koita dəqiq zərbə ilə AEK-i önə keçirib.

Buraxılan qoldan sonra hücumlarını artıran Madrid təmsilçisi 32-ci dəqiqədə hesabı bərabərləşdirib. Mark Kukurelyanın ötürməsini qola çevirən Cud Bellinqem komandasının fasiləyə bərabər hesabla yollanmasını təmin edib.

İkinci hissədə də qarşılıqlı hücumlar davam edib. Qarşılaşmanın 75-ci dəqiqəsində Aboubakary Koitanın ötürməsindən sonra Stavros Pilios fərqlənərək AEK-i yenidən hesabda önə keçirib - 2:1.

Lakin "Real Madrid" bu dəfə də geridönüş etməyi bacarıb. Cəmi üç dəqiqə sonra Kilian Mbappe Denzel Dumfrisin ötürməsini dəqiq tamamlayaraq hesabı 2:2 edib.

Görüşün taleyi əsas vaxtın sonuna əlavə olunmuş dəqiqələrdə həll olunub. 90+2-ci dəqiqədə Brahim Diasın ötürməsindən sonra Federiko Valverde rəqib qapısına yol taparaq "Kral klubu"na qələbə qazandırıb.

Matçın son anlarında gərginlik daha da artıb. 90+5-ci dəqiqədə AEK-in ilk qolunun müəllifi Aboubakary Koita birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Beləliklə, "Real Madrid" iki dəfə hesabda geriyə düşməsinə baxmayaraq, əzmkar mübarizə nümayiş etdirərək AEK üzərində 3:2 hesablı səfər qələbəsi qazanıb və Çempionlar Liqasının liqa mərhələsində aktivinə daha üç xal əlavə edib.

Turan ASLAN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью