Real Madrid dən unikal nəticə Tarixə bunu bacaran ilk komanda kimi düşdü

12.02.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real Madrid" UEFA Çempionlar Liqası tarixində 300 qələbə qazanan ilk komanda olub. 

Fanat.Az xəbər verir ki, bu barədə "Kral klubu" rəsmi saytında məlumat yayıb.

Məlumata görə, İspaniya nəhəngi buna 498 matçda reallaşdırıb.

Karlo Ançelottinin yetirmələri "Mançester Siti" ilə matçda (3:2) bu həddi keçib. 

Qitənin ən nüfuzlu klub turnirindəki qələbələrin sayına görə, ispanlar ikinci yerdə olan komandanı böyük fərqlə qabaqlayır – “Bayern Münhen” 241 dəfə qalib gəlib. “Barselona” bu reytinqdə üçüncüdür (209).

Real Madrid (İspaniya) – 300 qələbə
Bayern Münhen (Almaniya) – 241
Barselona (İspaniya) – 209
Mançester Yunayted (İngiltərə) – 161
Yuventus (İtaliya) – 157

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью