“Real Madrid” “El Clasico” üçün Vinisiusa ümid etmir…

11.10.2026

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Real Madrid"in hücumçusu Vinisius Junior "Vilyarreal"a qarşı oyunda qırmızı vərəqə alıb.

Braziliyalı oyunçu rəqibinin saçından tutduğuna görə qırmızı vərəqə alıb.

SİA xəbər verir ki, "The Touchline"ın jurnalist Arantxa Rodrigezə istinadən verdiyi məlumata görə, "Real Madrid" Vinisiusun üç oyunluq cəza alacağını gözləyir.

"Los Blancos" apellyasiya yolu ilə cəzanın iki oyuna endirilə biləcəyinə inanır. Lakin bu, braziliyalı oyunçunun "El Klassiko"nu buraxmasının qarşısını almayacaq.

"Real Madrid" Vinisiusun qaçılmaz olaraq "El Klassiko"nu buraxacağına inanır, ona görə də ona ümid bəsləmir.

…"Real Madrid" 25 oktyabrda səfərdə "Barselona" ilə oynayacaq.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью