Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Bakı vaxtı ilə saat 18:15-də başlayacaq “El-Klassiko”da “Barselona” ilə qarşılaşacaq "Real Madrid" klubunun start heyət müəyyənləşib.
Yeniavaz.com xəbər verir ki, türkiyəli gənc ulduz Arda Güler start heyətdə yer alıb.
"Kral klubu"nun start heyəti aşağıdakı kimidir:
Kurtua; Vaskes, Asensio, Çuameni, Qarsiya; Sebalyos, Valverde, Bellingem, Güler; Mbappe, Vinisius.
***15:42
Bu gün futbol üzrə İspaniya çempionatının 35-ci turunun mərkəzi oyunu keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, növbəti “El-Klassiko”da əsas rəqiblər “Barselona” və “Real Madrid” qarşılaşacaq.
Qarşılaşma Olimpiya Stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
Hazırda turnir cədvəlinə 79 xalla “Barselona” başçılıq edir. “Kral klubu” 4 xal geridə qalıb və 75 xalla ikinci pillədə qərarlaşıb. Kataloniyalılar qalib gəlsə, xal fərqi 7-yə yüksələcək, “Real”ın uğuru isə fərqi minimuma endirəcək.
Matçdan əvvəl hər iki komanda heyət itkisi ilə üzləşib. “Barselona” Mark Bernal, Jül Kunde və Pablo Torresiz oynayacaq. “Real Madrid” zədə səbəbindən David Alaba, Eduardo Kamavinga, Dani Karvahal, Eder Militao və Ferland Mendisizdir. Bundan əlavə, alman müdafiəçi Antonio Rudiger diskvalifikasiyaya görə oyunu buraxacaq.