Real Madrid Enfild də məşqə çıxmaqdan imtina etdi

31.10.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

"Real Madrid" Çempionlar Liqasında "Liverpul"a qarşı keçirəcəkləri oyun öncəsi "Enfild"də məşq keçirməmək qərarına gəlib. 

Fanat.Az xəbər verir ki, informasiyanı “Marca” yayıb. 

Mənbənin məlumatına görə, “kral klubu”nun baş məşqçisi Xabi Alonso rəqib meydanında oyunöncəsi məşq keçirmək istəməyib. Əvəzinə Madrid komandası İngiltərəyə uçuşdan əvvəl məşqini öz məşq bazasında keçirəcək. 

"Liverpul" - "Real Madrid"lə oyunu çərşənbə axşamı, noyabrın 4-dən 5-nə keçən gecə baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Əsas mərhələnin üç oyunundan sonra mersisaydlıların 6 xalı var, İspaniya nəhəngi isə 9 xal əldə edib.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью