Real Madrid Entso Fernandeslə bağlı məsələyə nöqtə qoydu

03.07.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Real Madrid" rəsmi saytı vasitəsi ilə "Çelsi"nin argentinalı yarımmüdafiəçisi Entso Fernandesi heyətinə qatmağa yaxın olduğu ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "kral klubu" bu yöndə dərc edilən informasiyaları yalanlayıb.

Fernandesin Madrid təmsilçisinin transfer siyahısında olmadığı və bu yöndə hər hansı addım atılmadığı vurğulanıb.

Fernandes "Çelsi"yə 2023-cü ilin yanvarında "Benfika"dan transfer olunub. 25 yaşlı argentinalının "zadəganlar"la müqaviləsinin müddəti 2032-ci ilə qədər nəzərdə tutulub. Ötən mövsüm bütün turnirlərdə 61 matça çıxan Entso 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul
 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью