“Real Madrid” Fransa millisinin futbolçusu ilə maraqlanır AZƏRTAC

21.12.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı,21 dekabr, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandası Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun futbolçusu Nqolo Kante ilə ciddi şəkildə maraqlanır.

AZƏRTAC xəbər verir ki, bu barədə "El Gol Digital" nəşri məlumat yayıb. Madrid təmsilçisi məşqçilər heyəti 33 yaşlı yarımmüdafiəçinin təcrübəsinin gənc futbolçulara kömək edəcəyinə inandığından qış pəncərəsi dövründə fransalının transferini prioritet hesab edir. Oyunçu özü də İspaniya nəhənginə keçməyə müsbət yanaşır.

Qeyd edək ki, Nqolo Kante hazırkı komandasının heyətində bu mövsüm 13 oyunda, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt" portalı onun dəyərini 7 milyon avro olaraq qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью