Real Madrid fransalı ulduza ÇL də ehtiyac duymadı

04.09.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

"Real Madrid" klubu fransalı müdafiəçi Ferland Mendini Çempionlar Liqasının Liqa mərhələsi üçün heyətə daxil etməyib. 

Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti İspaniya nəhənginin 31 yaşlı fransızı Çempionlar Liqası üçün iştirak ərizəsindən kənarlaşdırıb. 

Müdafiəçi hazırda zədəlidir. Mendi vətər zədəsi səbəbindən uzun müddət oynaya bilməyəcək. 

Maraqlıdır ki, "Real Madrid" siyahıya digər iki zədəli oyunçusunu - Eder Militao və Rodriqonu daxil edib. 

"Real Madrid" Çempionlar Liqasının ilk turunda "İnter"lə qarşılaşacaq. Oyun 8 sentyabrda Madriddə keçiriləcək. 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью