Real Madrid futbolçuları Karlo Ançelottinin istefasını tələb ediblər | Icma.az
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniya nəhəngi olan "Real Madrid" klubunun ulduz futbolçuları baş məşqçi Karlo Ançelottinin istefasını tələb ediblər.
Oxu.Az "Championat"a istinadən xəbər verir ki, Kilian Mbappe, Federiko Valverde, Ferlan Mendi, Aurelian Tçuameni, Eduardo Kamavinqa Ançelottinin komandadan göndərilməsini istəyiblər.
Baş məşqçinin komandada qalmasını istəyən yeganə şəxs isə Vinisius Juniordur.
O, Ançelottinin "Real Madrid"dən ayrılacağı təqdirdə Braziliya millisinə başçılıq etməsini istəyir.
Qeyd edək ki, daha əvvəl "Real Madrid" klubunun prezidenti Florentino Peresin Ançelottini əvəzləmək üçün "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso ilə danışıqlar apardığı barədə xəbərlər yayılmışdı.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu