Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Real Madrid" klubunun baş skautu Juni Kalafat Fransa çempionatında çıxış edən gənc istedad Əyyub Buaddini yaxından izləməyə başlayıb.
Fanat.Az xəbər verir ki, Mərakeş millisinin heyətində keçirdiyi uğurlu oyunlarla diqqət çəkən 18 yaşlı yarımmüdafiəçi üçün klub rəhbərliyi artıq transfer planları hazırlayır.
"Lill" komandası gənc ulduzun satışına yaşıl işıq yandırmaq üçün minimum 70 milyon avro tələb edir. Hazırda gənc oyunçunun transfer maraqlıları arasında "Arsenal" və "Liverpul" kimi İngiltərə nəhəngləri də yer alır.
Transfer danışıqlarının yaxın vaxtlarda rəsmiləşəcəyi idman mediasında əsas müzakirə mövzularından biridir.