“Real Madrid“ hücumçusunu İngiltərə klubuna satdı

04.08.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

İngiltərənin "Fulhem" klubu İspaniyanın "Real Madrid" komandasının hücumçusu Qonsalo Qarsiyanı transfer etdiyini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı Qarsiyanın "Fulhem"lə imzaladığı müqavilə 2031-ci ilin iyun ayına qədər qüvvədə olacaq. KİV-in məlumatına görə, "Fulhem" ispaniyalı hücumçunun transferi üçün 40 milyon avro ödəyib.

Ötən mövsüm Qonsalo Qarsiya "Real Madrid"in heyətində 39 oyuna çıxıb, səkkiz qol vurub və üç məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью