Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Real Madrid"in prezidenti və növbəti seçkilərdə yenidən rəhbərliyə namizəd olan Florentino Peres komandanın gələcəyi ilə bağlı futbol dünyasında zəlzələ effektinə səbəb olacaq açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, Peres seçkilərdə qalib gələcəyi təqdirdə, komandanın sükanı arxasına portuqaliyalı mütəxəssis Joze Mourinyonun keçəcəyini elan edib.
Təcrübəli funksioner müdafiə xəttini gücləndirmək məqsədilə İbrahima Konate və Denzel Dumfrisin transfer ediləcəyini vurğulayıb.
Bununla da kifayətlənməyən Peres, gələn həftə dünya şöhrətli bir oyunçu üçün düz 150 milyon avroluq rəsmi təklif irəli sürəcəyini bəyan edib.
İdman mətbuatının təxminlərinə görə, Peresin uğrunda astronomik məbləğdən keçməyə hazır olduğu bu ulduz futbolçu Joau Neveş və ya Vitinyadan biridir.