Real Madrid in ən yaxşı oyunçusu bəlli oldu Ardıcıl ikinci dəfə

01.05.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Real Madrid" ötən gün başa çatan aprel ayı üçün ən yaxşı oyunçusunun adını açıqlayıb.

Fanat.Az "Madrid Zone"yə istinadən xəbər verir ki, bu mükafat yarımmüdafiəçisi Orelyen Tçuameniyə təqdim olunub. 

Beləliklə, fransız oyunçu ardıcıl ikinci dəfə sözügedən mükafata layiq görülüb. O, mart ayında da ən yaxşı seçilmişdi.

Tçuameni apreldə yeddi matçda oynayıb və 2 qol vurub. Yarımmüdafiəçi İspaniya kubokunun yarımfinalında “Real Sosyedad”ın, finalda isə “Barselona”nın qapısına yol tapıb.

Ümumilikdə, 25 yaşlı futbolçu bu mövsüm Karlo Ançelottinin komandasında bütün turnirlərdə 47 matç keçirib və 2 qol, 1 məhsuldar ötürmə ilə diqqət çəkib.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью