Real Madrid in forvardı Liverpul a keçid edə bilər

23.08.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

“Liverpul” "Real Madrid"in  hücumçusu Endriklə maraqlanır.

Fanat.Az xəbər verir ki, Mersisayd təmsilçisi 20 yaşlı forvardın transferi üçün hərəkətə keçib.

Yan Diomandenin İspaniya klubuna keçidindən sonra Endrikin müntəzəm oynamaq şansı azalıb. Lakin Madrid təmsilçisi braziliyalı futbolçunu komandada saxlamaq istəyir.

Forvard ötən mövsümün ikinci hissəsini icarə əsasında “Lion”da keçirib. O, bütün turnirlərdə meydana çıxaraq, 21 oyunda 8 qol vurub və 8 məhsuldar ötürməyə imza atıb.

Futbolçunun "kral klubu" ilə müqavilə müddəti 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı Endrikin bazar dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью