Icma.az bildirir, Baku.ws portalına istinadən.
Madrid təmsilçisinin baş məşqçi postunda dəyişiklik baş verib.
Klubun rəsmi məlumatına görə, Karlo Ançelottinin yerinə ispan mütəxəssis Xabi Alonso təyin olunub.
Yeni təyinatla bağlı klub Alonso ilə 2028-ci ilin 30 iyun tarixinə qədər etibarlı olan müqavilə imzalayıb. Müqavilənin qüvvəyə minməsi 2025-ci il iyunun 1-nə nəzərdə tutulub.
Xatırladaq ki, Xabi Alonso bir vaxtlar "Real Madrid"in uğurları üçün meydanda da çalışıb. O, 2009–2014-cü illər ərzində "kral klubu"nun heyətində çıxış edib və azarkeşlərin yaddaşında peşəkar oyunu ilə iz qoyub. Bu dəfə isə o, sevimli klubuna kənardan rəhbərlik edəcək.