Real Madrid in ulduzu Qalatasaray a keçir?

05.06.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Superliqasında transfer bazarını alt-üst edəcək inanılmaz bir iddia ortaya atılıb.

Fanat.Az "A Spor" telekanalına istinadən xəbər verir ki, "Qalatasaray"ın prezidenti Dursun Özbək "Real Madrid"in fransalı ulduzu Eduardo Kamavinqanı heyətə qatmaq üçün gizli plan hazırlayıb.

"Sarı-qırmızılılar"ın rəhbəri yarımmüdafiəçini satın alma opsiyası ilə icarəyə götürmək variantını nəzərdən keçirir.

İstanbul nəhənginin bu transfer əməliyyatını uğurla tamamlayaraq həm Avropada, həm də yerli liqada böyük üstünlük əldə etmək istədiyi bildirilir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью