Real Madrid in yarımmüdafiəçisi səfər matçını buraxa bilər SƏBƏB

28.02.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde İspaniya La Liqasının 26-cı turu çərçivəsində nartın 1-də "Betis"ə qarşı keçirəcəkləri səfər matçını buraxa bilər.

Fanat.Az "Relevo"ya istinadən xəbər verir ki, sözügedən oyunçu artıq 2 aydır ki, omba əzələsində problem hiss edir.

Xəbərə görə, o, əzəli rəqib "Atletiko Madrid"lə martın 4-də oynayacaqları Çempionlar Liqası matçınadək bərpa olunmaq istəyir. Mənbə uruqvaylı orta xətt oyunçusunun "Mançester Siti" ilə Madriddəki ÇL qarşılaşmasında - turnirin pley-off mərhələsinin cavab görüşündə (3:1) ağrıkəsici iynələrlə oynadığını vurğulayıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 40 matça çıxan 26 yaşlı Valverde 8 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью