Real Madrid in yeni baş məşqçisinin kim olacağıbilindi Nə Zidandır, nə də Klopp

29.01.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Baş məşqçi axtarışında olan "Real Madrid" real namizədlərdən ibarət qısa siyahıya daha bir mütəxəssisin adını əlavə edib.

Fanat.Az xəbər verir ki, İspaniya nəhəngi Unay Emeriyə tapşırıla bilər. 

İnformasiyanı ispan jurnalist Ramon Alvarez de Mona yayıb. 

Mənbənin məlumatına görə, "Real" artıq "Aston Villa"nın çalışdırıcısı ilə danışıqlara başlayıb. Paytaxt klubu onu mövsümün sonunda müqavilə imzalamağa razı salmağa çalışır.

Xabi Alonsonun istefaya göndərilməsindən sonra "Real Madrid"in baş məşqçisi vəzifəsini hazırda Alvaro Arbeloa icra edir. 

Xatırladaq ki, 54 yaşlı Emeri 2022-ci ildən bəri "Aston Villa" nın baş məşqçisidir.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью