Real Madrid in yeni transfer planı müəyyənləşdi

03.09.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Real Madrid” İtaliyanın “Roma” klubunda çıxış edən Manu Koneni transfer etmək üçün namizədlər siyahısına daxil edib.

Fanat.Az xəbər verir ki, informasiyanı “AS” yayıb.

Məlumata görə, Madrid təmsilçisi 25 yaşlı fransalı yarımmüdafiəçinin oyununu uzun müddətdir izləyir. Klubun skautları futbolçunun bir neçə matçını canlı şəkildə də izləyib.

Konenin oyun üslubunun “Real Madrid”in yarımmüdafiə üçün müəyyən etdiyi tələblərə uyğun olduğu bildirilir. Fransalı futbolçu fiziki gücü, müdafiə bacarığı və pressinqdəki fəallığı ilə diqqət çəkir.

Bununla belə, “kral klubu” bu yay Koneni transfer etmək niyyətində deyil. Klub hazırkı heyətini tamamlanmış hesab edir və mümkün transferi gələcək transfer pəncərələrinə saxlayır.

Konenin “Roma” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Onun transfer qiymətinin təxminən 60 milyon avro olduğu bildirilir.

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью