“Real Madrid” Joze Mourinyo ilə anlaşıb

12.05.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 may, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandasının yeni baş məşqçisi bəlli olub.

AZƏRTAC İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” Joze Mourinyo ilə anlaşıb. Tərəflər müqavilənin bütün detallarında razılığa gəliblər.

Hazırda ölkəsinin “Benfika” klubuna başçılıq portuqaliyalı mütəxəssisin təyinatının gələn həftə açıqlanacağı bildirilib.

Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə də “Real Madrid”in sükanı arxasında olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью