Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
"Real Madrid" klubu təcrübəli müdafiəçisi Daniel Karvahalla bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, 33 yaşlı oyunçu İspaniya nəhəngində oynamağa davam edəcək.
"Diario AS"-ın məlumatına görə, onun Madrid klubuyla yeni müqavilə imzalamaq ehtimalı yüksəkdir. Lakin o, tez-tez meydana çıxmalıdır ki, rəhbərlik tez-tez zədələnən futbolçunun hazırda hansı formada olduğunu başa düşsünlər.
Daniel Karvahal "Real Madrid"in yetirməsidir. O, karyerası ərzində "Kral klubu"ndan cəmi bir mövsüm ayrılıb - 2012/13 mövsümündə "Bayer Leverkuzen"də oynaybı və sonra 6 milyon avroya geri alınıb.
Bu mövsüm Karvahal bütün yarışlarda cəmi 10 oyun keçirib. Müdafiəçi oktyabrın sonunda aldığı diz zədəsini yeni sağaldıb.