Real Madrid Kloppu razı salmaq üçün əfsanəsini işə qoşdu

24.01.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Real Madrid" baş məşqçi axtarışlarını davam etdirir.

Fanat.Az İspaniya nəhənginin əsas namizədi Yürgen Kloppdur. 

"El Nacional"-ın iddiasına görə, "Real Madrid"in prezidenti Florentino Peres əmindir ki, alman məşqçinin təcrübəsi və hücum üslubuna bağlılığı komanda üçün mükəmməl uyğundur, bu da azarkeşlərə ümid qaytarmağa və heyəti yenidən qurmağa kömək edəcək. Klub funksioneri Kloppu razı salmaq üçün karyerasını bir il yarım əvvəl bitirən əfsanəvi Toni Kroosu işə qoşub. Veteran yarımmüdafiəçi həmyerlisi ilə əlaqə saxlayıb. Alman mütəxəssis "Red Bull"da hazırkı işindən razı olduğunu desə də, Kroos ona "tarixdə ən çox titul qazanan klubu çalışdırmaq şansının hər gün gəlmədiyini" bildirib. 

Kroosun vasitəsilə danışıqlar davam etdirilir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью