Real Madrid klubu Liverpul un müdafiəçini heyətinə qatmağa çalışır

29.04.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın "Real Madrid" klubu "Liverpul"un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldu sıralarına qatmağa çalışır.

Oxu.Az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.

Mənbə yazır ki, "Kral klubu" 2025-ci ilin Klublararası Dünya Çempionatında 26 yaşlı müdafiəçinin xidmətindən yararlanmaq istəyir.

Məlumat üçün əlavə edək ki, "Liverpul" akademiyasının yetirməsi olan futbolçunun mersisaydlılarla müqaviləsi cari il iyunun 30-da bitir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью