Real Madrid klubunun ev oyunlarını keçirdiyi Santyaqo Bernabeu stadionunun adı dəyişdiriləcək

27.12.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniyanın "Real" klubunun rəhbərliyi komandanın ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunun adını dəyişdirmək qərarına gəlib.

Oxu.Az Si.com-a istinadən xəbər verir ki, arenanın adı sadələşdirilərək, sadəcə, "Bernabeu" adlandırılacaq. Stadionun adının dəyişdirilməsinin səbəblərinin kommersiya ilə əlaqədar olduğu bildirilib.

Qeyd edək ki, 2019-cu ildə stadionda başladılan yenidənqurma işləri ötən ilin sonuna qədər başa çatmalı idi. Lakin bu müddət uzadılıb. Stadionun yenidən qurulması 1.76 milyard avroya başa gələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью