Icma.az, Oxu.az portalına istinadən məlumat verir. İspaniya Kral Futbol Federasiyası "Real Madrid" klubunun apellyasiya şikayətini rədd edib
Oxu.Az "Marca"ya istinadən xəbər verir ki, La Liqa təmsilçisinin Vinisius Juniorun cəzası ilə bağlı şikayəti təmin olunmayıb.
Qurum tərəfindən qoyulan 2 oyunluq diskvalifikasiya qərarı qüvvədə qalıb.
Qeyd edək ki, İspaniya La Liqasının XII turunun "Valensiya" ilə keçirilən oyununda (2:1) rəqib qapıçı Stole Dmitriyevskini itələdiyi üçün qırmızı vərəqə alan Vinisius 2 matçlıq cəzalanıb.
O, "Las Palmas" və "Valyadolid"lə qarşılaşmalarda komandasına kömək edə bilməyəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.